Biz kimik?
Haqqımızda
Yeni qurulmasına baxmayaraq, şirkətimiz qısa bir zaman ərzində ölkənin böyük şirkətləriylə əməkdaşlıq edərək etibarlı bir şirkət olduğunu göstərdi. Fabrikimizdə yüksək keyfiyyətlə çek və bənzəri məhsulların istehsalı həyata keçirilir. Şirkətimiz son model avadanlıqlardan istifadə edərək müştərilərin maksimum məmnuniyyəti üçün çalışır. Çağdaş dövr üçün zəruri olan müxtəlif kağız məhsulları vasitəsilə ölkə daxilində sənaye inkişafına töhfə vermək əsas məqsədlərimizdəndir. POS-terminal çekləri, kassa çekləri, tərəzi lenti, barkod, rəf etiketləri və ofset çapı məhsullarının geniş çeşidlərinin istehsalını həyata keçiririk.

MÜƏSSƏSƏLƏRƏ XİDMƏT
SÜRƏTLİ İŞ PROSESİ
Prinsiplərimizin ən önəmlilərindən biri işləri müştərilərə ən sürətli şəkildə çatdırmaqdır.
KEYFİYYƏTLİ MƏHSULLAR
Sizin üçün istehsal etdiyimiz məhsullar həmçinin bizim üçündə referans olduğu üçün, çalışırıq ki, işlər yüksək səviyyədə yerinə yetirilsin. Bu həm sizin həm də bizim üçün atributtur.
Müştəri Dəstəyi
Bir zənglə bizimlə əlaqə saxlaya bilər, hər sualınıza cavab verəcək peşəkar komandamız sizi yönləndirəcəkdir.
Ofset və çap xidmətlərimiz
Çap mərkəzimiz peşəkar işçi heyəti və avadanlıqları sayəsində sürətli və keyfiyyətli xidmət göstərir. Ofset çaplarının ərsəyə gətirilməsi və müştəriyə sürətli işin təhvil verilməsinin yanında İnkişaf edən texnologiya ofset çapına təsir etdiyi qədər çap sistemlərinə mühüm yeniliklər gətirdi ki, o, aşağı və orta tirajlı işlərdə mətbəə ilə rəqabət apara bilsin. Bu inkişafları yaxından izləyən çap mərkəzimiz daxil olan çap tələblərini dərhal qarşılamaq üçün ofset avadanlıqlara malikdir.
Ofset Çapları
Mətbəə çaplarının hər sverasında mətbəəmiz xidmət göstərir. Əsasən kataloq, broşura, insert, jurnal və digər ofset çapları.
Dizayn Xidmətləri
Hər hansı bir işin çapa keçməmişdən əvvəlki mərhələsi dizayndır. Müştərilərimizə asanlıq yaratmaq üçün dizayn sahəsində də lazımı xidməti göstəririk.

Nələr edirik?
Bizim üçün ən önəmli məqam müştəri məmnuniyyətidir. Bu mərhələdə sifarişi sizdən alıb çap prosesinə başlamaya keçirik. Sizdən təhvil aldığımız işin texniki məsələlərini həll edib sürətlə çapa başlayırıq. İşiniz hazır olandan sonra isə sizə sürətlə işi çatdırmaq üçün komadamız hərəkətə keçir və məhsullar sizin istədiyiniz ünvana çatdırılır.